AZ

“Ərazilərin verilməsi mümkün olmayacaq”-Erməni deputat - VİDEO

“Ermənistan hakimiyyətinin Azərbaycanla müqaviləsi var, lakin Ermənistan daxilində baş verən hadisələrə görə ərazilərin fiziki təslim edilməsi prosesinin bir hissəsini həyata keçirmirlər”. 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan “Ermənistan xəbərləri”-nın müxbiri ilə söhbətində deyib.

Onun qiymətləndirməsinə görə, sərhədlərin aydınlaşdırılması adı altında təqdim olunan proses heç bir məntiqə sığmır.

“Vətəndaşlarımız bu prosesin hansı prinsiplərə əsaslandığını bilmir. Tamamilə fərqli bir dövrə aid xəritə təqdim olundu. Burada SSRİ Baş Qərargahının xəritələrindən bəhs edilir və bunu ən yüksək hüquqi statusa malik kimi təqdim etməyə cəhd edilir.

Amma sovet qanunlarına görə, sovet respublikaları arasında sərhəd problemləri mərkəzi orqanlar tərəfindən deyil, bu respublikalar arasında həll edilirdi. Bundan əlavə, demarkasiya prosesi həm də tərəflərin həyati maraqlarının nəzərə alınmasını nəzərdə tutur”, - deyə deputat əlavə edib.

Abrahamyan xatırladıb ki, ərazilərin istənilən formada verilməsi yalnız referendum yolu ilə baş verə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
cebheinfo.az

1Mənbələr