AZ

Sürücüsüz mikroavtobus təqdim olundu

Çində sürücüsüz taksi kimi fəaliyyət göstərə bilən mikroavtobus təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Carnewschina.com” məlumat verib.

Məlumata görə, Çinin Baidu şirkəti altıncı nəsil robotaxi RT6-nı təqdim edib.

Belə ki, o, 4-cü səviyyəli avtonom idarəetməyə malik minivendir və praktiki olaraq heç bir sürücünün iştirakı və diqqətini tələb etmir.

2024-cü ilin sonuna qədər bu robot taksilərdən 1000-nin Wuhan küçələrində fəaliyyət göstərməsinin planlaşdırılması gözlənilir.

Bildirilib ki, Baidu RT6-nın dəyəri 204 min yuandır.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
bakivaxti.az

1Mənbələr