AZ

Parisə qarşı üsyan

Fransanın xaricdəki ərazisi olan Yeni Kaledoniyada Paris hökumətinə qarşı üsyanda razılaşma əldə edilib.

News24.az xəbər verir ki, 4 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın saxlanıldığı üç günlük etiraz aksiyalarından sonra Fransa ilə ada bölgəsindəki siyasi partiyalar arasında uzlaşma əldə edilib.

Fransanın daxili işlər naziri Gerald Darmanin bu gün France 2 televiziyasına bildirib ki, Fransa dövləti Yeni Kaledoniyadakı vəziyyəti “yaxın saatlarda” yenidən nəzarət altına almağı gözləyir.

İğtişaşçılar avtomobilləri və müəssisələri yandırdıqdan, mağazaları qarət etdikdən sonra adaya mövcud olan 1800 polisdən əlavə 500 polis əlavəsi göndərilib.

Qeyd edək ki, Fransa dünən Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edərək, səlahiyyətlilərə toplaşmaları və insanların ada ətrafında hərəkətini qadağan etmək üçün əlavə səlahiyyətlər verib.

Sakit Okean adasının yüksək səviyyəli fransız rəsmisi bu səhər bildirib ki, silahlı qüvvələr dünən gecə baş verən şiddətli iğtişaşlardan sonra Yeni Kaledoniyanın iki hava limanını qoruyur və ən azı dörd təhrikçi ev dustaqlığındadır.

Bildirilib ki, Fransanın idarə etdiyi adada üç bələdiyyədəki jandarmlar paytaxt Noumea şəhərində 3000-4000-i də daxil olmaqla təxminən 5000 üsyançı ilə qarşılaşıb. 200 nəfərin həbs edildiyi, 64 jandarm və polis məmurunun yaralandığı əlavə edilib. 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
news24.az

1Mənbələr