AZ

Neftayırma zavodunun işçiləri aksiya keçirir

Neftayırma

Təbriz şəhəri Neftayırma Zavodu Cəmiyyətinin İstehsal Şöbəsi işçilərinin aksiyası 16-cı günə daxil olub.

Gunaz.tv

Sayları 600 nəfərdən artıq aksiyaçılar müavinətlərin ayırılmadığına və digrə çatışmayan hallara etirazlarını bildirmək məqsədi ilə Zavodda qida yeməkdən imtina edərək müdirriyyətdən onları dinləmələrini tələb edirlər.

Aksiyaçılardan biri bu barədə deyib: “16 gündür ki, Cəmiyyətdə yemək yeməkdən imtina edirik. Məqsədimiz yubanmış ödənişlri, məişət haqqının və müavinətlərin ödənilmədiyinə etiraz etməkdir”.

Həmin şəxs açıqlamasının davamında deyib: “cəmiyyətin icraçı direktorunun konstruktiv olmayan qərarlarına etirazımızı bildirmişik.

Lakin onun bizi eşidən qulağı yoxdur və 2 həftədir ki, Cəmiyyətə gəlmir”.

Bu barədə məlumata istinadən Şərqi Azərbaycan Əyalətinin valisi tərəfindən müfəttişlər Zavoda baxış keçirərək həmin işçilərin etirazlarını dinləyiblər.

Lakin aksiyaçıların istəkləri barədə hələ müsbət nətyicə əldə olunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
xalqcebhesi.az

2Mənbələr