AZ

ABŞ Konqresinin binasında kokain tapıldı

ABŞ Konqres polisi ölkə administrasiyasının binasında içərisində kokain olan bir paket tapdıqlarını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Konqres Polisindən verilən açıqlamada Konqresin yerləşdiyi Capitol Hill binasında aşkar edilən paketin içərisində ağ maddənin aşkar edilməsi üçün edilən kokain testinin müsbət çıxdığı bildirilib.

Verilən açıqlamada, sözügedən bağlamanın çox sayda insanın istifadə etdiyi ikinci mərtəbədəki dəhlizdə tapıldığı bildirilib.
 
Həmçinin hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi və bu çərçivədə paketi kimin yerləşdirdiyini müəyyən etmək üçün DNT testinin aparılacağı bildirilib.
 
Gülay


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
4
azxeber.com

7Mənbələr