AZ

Ermənistan üçün ümumiyyətlə, təsəvvür edilən təhlükəsizlik təminatçısı belə yoxdur-Şəbnəm Həsənova- ÖZƏL

"Xarici siyasətə adətən məqsədyönlü davranış kimi baxılır. Bu həm də ciddi, sistemli, siyasətə uyğun çərçivə formalaşdırmaqdan ibarətdir. İstənilən yanlış yanaşma isə sadəcə xarici siyasətdə deyil, həm də dövlət idarəçiliyi üsullarında özünü büruzə verir. İdarəçilik o istiqamətdə qurulmalıdır ki, o həm də hər hansı bir xarici aktorun istənilən növ daxilə cəhdlərinə ən kritik halda təsir göstərməyə hesablansın". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Əsas məqsəd diqqəti daha öncəki məqamlarda tətbiq edilən xarici siyasət alətlərinin uğurunun və uğursuzluğunun qiymətləndirilməsinə verməkdir. Bu, fokusu həm də mühüm konsepsiya və meyarlara yönəltməklə alınacaq qərarları asanlaşdırmaqdan ibarətdir. Cənubi Qafqaz ölkələrinin xarici və daxili siyasətində cərəyan edən proseslər bir-biri ilə bəlkə də heç zaman olmadığı qədər bağlıdır. Bu baxımdan dövlətlərdən son dərəcə ciddi idarəçilik tələb olunur ki, heç bir halda dövlət və xalq ayaqlar altında qalmasın.
    Azərbaycan milli maraqlar baxımından öz baxışını ortaya qoyur, bununla bağlı istənilən tərəfdə aydın təsəvvür formalaşdırır. Bu gün dövlətlər "yanımda deyilsənsə, deməli, qarşımdasan" kəskin tələbi, təzyiqi ilə üz-üzə qoyulur. Bunu ən çox idarəçiliyi zəif olan Ermənistanda tətbiq edirlər. Erməni müxalifəti möcüzəyə ümid etsə də, Ermənistan üçün ümumiyyətlə təsəvvür edilən təhlükəsizlik təminatçısı belə yoxdur. 
    Bütün bunların fonunda Azərbaycan öz təhlükəsizliyini daha da artırır. Son dərəcə uğurlu siyasət yürüdərək Rusiya sülhməramlılarını öz suveren ərazimizdən çıxarda bildik. Bu iki ölkə rəhbərinin qərarına əsasən, heç bir hərbi komponent olmadan, heç bir halda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilmədən realizə edildi. Münasibətlərin isə daha da gücləndiyininin şahidiyik.
    Ermənistan yalan ümidlər və təhlükə burulğanında boğulur. Revanşistlər boş xəyallar uğrunda itirilmiş müharibəyə başlamaqla insanları qırdırmaq istəyir. Cənab Prezident İlham Əliyev çox aydın bildirdi ki, Fransanın Ermənistana verdiyi öldürücü silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Yəni, nə baş verdiyini, nə üçün vacib olduğunu və bundan sonra nə olacağını tez, sadə və aydın şəkildə izah edirik. Azərbaycan sülh prosesinə vurulacaq cəhdin belə ciddi nəticələri barədə xəbərdarlıq edir. Revanşistlərin "ənənəvi müdriklik konsepsiyasi"  bu gün işləmir. Erməni cəmiyyəti aydın görür ki, müstəqillikdən bu günə qədər diktə siyasəti onları səfil gününə saldı. Verilən ən gözəgəlimli vədin belə müvəffəqiyyət dərəcəsi aşağıdır. Fransa tarix boyu xalqları belə aldadıb, onları öz məqsədləri üçün istismar və istifadə edib, bu gün də kolonial siyasətini davam etdirir. Emmanuel Makron Fransa tarixində ən uğursuz liderdir desək yanılmarıq. Makron hakimiyyətinin təzahürləri özünü diktatura rejiminin müasir dövrdə realizə olunmasında göstərir. Belə bir halda və ölkədə Olimpiya oyunlarının keçirilməsi də məqsədəuyğun deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
olaylar.az

1Mənbələr