AZ

Yeni Kaledoniyada iğtişaşlar zamanı qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Yeni Kaledoniyada polis adanın müstəqilliyi tərəfdarlarının təşkil etdiyi iğtişaşlar zamanı iki nəfəri öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

“Report” “France 2” telekanalına istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib.

“Məndə olan məlumata görə, xoşbəxtlikdən, bundan başqa ölüm halları qeyd alınmayıb. Eyni zamanda, polis iki kanakın ölümünə səbəb olan şəxsi saxlayıb”, - o vurğulayıb.

Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi tədbirləri qadağan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
report.az

10Mənbələr