AZ

Belaruslu nazirlərlə standartlaşdırma sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Belaruslu

Bakı, 16 may, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin möhkəmlənməsindən məmnunluq ifadə edilib və iqtisadi gündəlikdəki məsələlərin reallaşdırılması üçün geniş perspektivlərin olduğu qeyd edilib, Azərbaycanda həyata keçirilən antiinhisar yönümlü islahatlar barədə məlumat verilib.

Tərəflər, həmçinin iki ölkə arasında ticarətin genişləndirilməsi, sənaye, istehsalın lokallaşdırılması, standartlaşdırma sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
azertag.az

1Mənbələr