İsrail ordusu “dost atəşi” adlanan hadisədə beş əsgərinin öz əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.

İndex.az xəbər verir ki, hadisə Qəzzanın şimalındakı Cibaliye düşərgəsi ərazisində baş verib.

Ordu sözçüsü, bir binanın içərisində İsrail əsgərlərinin düşmən olduqlarını düşünərək onlara tank atəşi açıldığını bildirib.

İki top mərmisi ilə vurulan strukturdakı 5 əsgər şəhid olub. İsrail mediası 7 əsgərin yaralandığını yazır.