AZ

Rusiyaya casusluq edən 18 yaşlı ukraynalı tələbə saxlanıldı – DETALLAR

Ukraynanın hüquq-mühafizə orqanları Xarkov universitetinin Rusiyaya casusluq edən 18 yaşlı tələbəsini saxlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlkəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, tələbə Ukrayna Silahlı Qüvvələrinin Xarkov şəhərinin müdafiəsində iştirak edən qoşun bölmələri haqqında məlumat toplayıb. O, düşmən tapşırığını yerinə yetirmək üçün şəhəri piyada gəzib, ukraynalı müdafiəçilərin yerlərini tapmağa çalışıb.

“Lazımi” yerlər aşkar edildikdə, o, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) “hesabat” hazırlamaq məqsədilə gizli şəkildə dislokasiya yerlərinin fotosunu çəkib və “Google” xəritələrində koordinatları göstərib. Rusiyaya bu məlumat Xarkov vilayətinə yeni hücum planlaşdırmaq üçün lazım olub.

Elə Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları 18 yaşlı xarkovlunu hərbi obyektin fotosunu çəkərkən saxlayıb. Saxlanılan şəxsdən onun Rusiya Federasiyasının xeyrinə kəşfiyyat və təxribat fəaliyyətini sübut edən mobil telefon götürülüb. İstintaq araşdırması zamanı gəncin FTX-nin Belqorod vilayəti üzrə kadrlar şöbəsinin əməkdaşı tərəfindən distansiyadan casusluğa cəlb olunduğu müəyyənləşdirilib. Rusiya Telegram kanallarının fəal istifadəçisi kimi gəncin pul hərisliyi və tez para qazanmaq istəyi Rusiya kəşfiyyat xidmətlərinin diqqətini cəlb edib. O, 2024-cü ilin əvvəlindən FTX ilə əlaqə saxlamağa başlayıb. Düşmən üçün “işləmək” üçün hətta 10 min qrivnalıq vəsaitin bir hissəsini ala bilib.

Hazırda şübhəli şəxs Ukraynanın Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi üzrə (hərbi vəziyyət şəraitində dövlətə xəyanətin törədilməsi) məsuliyyətə cəlb edilib. Onu ömürlük həbs cəzası gözləyir.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
konkret.az

1Mənbələr