AZ

Barışanlar birlikdə foto paylaşdılar

Boşanma xəbərləri ilə gündəmdən düşməyən aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova birlikdə görüntüləniblər.

Yenisabah.az xəbər verir ki,cütlüyün birlikdə çəkdirdikləri şəkli Ülviyyə instaqram hesabında yerləşdirib və həyat yoldaşını işarələyib. 

Həmin fotonu Murad da yayımlayaraq "Çoxdandır şəkil paylaşmırdıq, dedim, sükutu pozum", - deyə şərh yazıb.

Murad və Ülviyyə cütlüyü bir müddət əvvəl ayrılsa da, yenidən barışıblar. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
yenisabah.az

1Mənbələr