AZ

ABŞ Ərəb ölkələrinə müraciət etdi

Financial Times qəzeti yazır ki, ABŞ hakimiyyəti ərəb ölkələrinə müraciət edərək, İsrail-HƏMAS münaqişəsi başa çatdıqdan sonra, bu bölgəyə sülhməramlıların göndərilməsi üçün könüllü hərbiçilər hazırlamağı xahiş edib.

 "Bayden administrasitası ərəb ölkələrini, müharibə bitdikdən sonra Qəzza bölgəsinədə  Fələstinin etibarlı təhlükəsizlik aparatının  yaradılmasına qədər, sülhməramlıların göndərilməsi üçün hərbiçilər  toplamağa çağırıb"- deyə qəzetin materialında bildirilir.
 Qərb və ərəb mənbələrinin məlumatına görə, bu təşəbbüsə Misir, BƏƏ və Mərəkeş dövlətləri tərəfindən baxılır.

 Qalan ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı, Qəzza bölgəsinə sülhməramlıların göndərilməsindən imtina ediblər. Onlar istəmirlər ki, HƏMAS-ın gözündə İsrailin əlaltıları kimi görünsünlər.

  Birləşmiş Ştatlar da Fələstin anklavına öz hərbi qüvvələrini yerləşdirmək niyyətində deyil. Çünki bilorlər ki, "bu xəmir hələ çox su aparacaq"

  Rüstəm Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
6
adalet.az

10Mənbələr