AZ

İtaliyada leysan yağışları və daşqınlar fəsadlar törədib

İtaliyanın Milan şəhərində güclü yağışlar daşqınlara səbəb olub.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milanda dünən gecədən başlayan və bu gün səhər saatlarında davam edən leysan yağışları bir sıra problemlərə səbəb olub.

Su basan küçə və prospektlər nəqliyyatın hərəkətinə bağlanıb.

Xilasedicilə zərərçəkmiş şəhər sakinlərinə qayıqlarla kömək edib.

Hazırda su basmış ərazilərdə təxliyyə əməliyyatları aparılır.

Milanın şimalında, Monza şəhərində isə körpələr evi və orta məktəblər boşaldılıb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
e-huquq.az

1Mənbələr