AZ

“Reklamların dili monitorinq aynasında” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanındaMonitorinq Mərkəzinin təşkilatçılığı ilə “Reklamların dilimonitorinq aynasında” adlı tədbir keçirilib.

Trend-inməlumatına görə, açıq məkan reklamlarının mətnləri üzərindəaparılan monitorinqin nəticələrinə həsr olunmuş tədbirdə Dövlət DilKomissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədriakademik Möhsün Nağısoylu, üzvləri professor Mahirə Hüseynova,Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilikİnstitutunun baş direktoru, professor Nadir Məmmədli, dövlətqurumlarının rəsmiləri, ziyalılar, sahibkarlar, müxtəlif reklamşirkətlərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqindətədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanıaşkarlanan dil qüsurlarının təqdim edilməsi və mövcud nöqsanlarınaradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunubildirib.

Ana dilinin saflığının qorunması və inkişafının dövlətsiyasətinin tərkib hissəsi olduğunu qeyd edən S.Əliyeva ölkəmizdədil siyasətinin formalaşması və Azərbaycan dilinin dövlət dili kimitətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider HeydərƏliyevin, eləcə də, onun siyasi kursunun layiqli davamçısıPrezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusivurğulayıb.

Reklamlarda ədəbi dil normalarına riayət olunması və onlarıntəcrübədə düzgün tətbiqinin vacibliyini nəzərə çatdıran natiqreklam sahəsində çalışan bəzi mütəxəssislərin dilimizin normalarınıya yetərincə bilmədiklərini, ya da bu işə laqeyd yanaşdıqlarınıtəəssüflə bildirib.

Prof. S.Əliyeva mövcud qüsurların bir qismini isə əcnəbi dillərəmeyillilik və xarici brendlərin reklam mətnlərinin hərfi tərcümədətəqdim olunması səbəbi ilə izah edib, dövlət dilinin qorunması vəinkişafına mənfi təsir göstərə biləcək mübahisəli məsələlərdə hərkəsi, o cümlədən reklam sahəsində çalışanları diqqətli vəməsuliyyətli olmağa çağırıb.

“Açıq məkan reklamları və dilimiz” adlı məruzə ilə çıxış edəndirektor müavini dosent Gülarə Əmirova açıq məkan reklamlarının(Bakı şəhərində yerləşən) monitorinqinə həsr olunmuş kitabdamağaza, dükan, ictimai-iaşə obyekt­ləri, idman, sağlamlıq, tədris,estetik və gözəllik mərkəz­lə­ri­, istirahət və əyləncə məkanları,klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə(reklam, məlumat, menyu və s.), eləcə də, sosial xarakterlimətnlərdə müşahidə edilmiş fonetik, leksik, qrammatik normapozuntuları, üslub və ifadə səhvlərinin əhatə olunduğunu bildirib,510 reklam mətnində aşkarlanmış 2300 norma pozuntusundan 2028-nin(918 orfoqrafik, 707 leksik, 157 qrammatik norma pozuntusu, 246üslub və ifadə səhvi) hesabata daxil edildiyini tədbiriştirakçılarının nəzərinə çatdırıb.

Günümüzdə geniş auditoriyası və küt­ləviliyi ilə fərqlənən, hərkəs üçün əlçatan olan açıq məkan reklamlarının qısa və yığcamolmasına baxmayaraq, dilin ən aktiv təbliğat vasitələrindənolduğunu bildirən G.Əmirova mövcud mətnlərdə Azərbaycan ədəbi dilnormalarının kobud şəkildə pozulması hallarına çox rast gəlindiyinitəəssüflə qeyd edib.

Müzakirələr zamanı qonaqlar açıq məkan reklamlarının mətnlərininmonitorinqə cəlb edilməsinin dilimizin saflığının qorunması, eləcədə məlumatın doğru təqdim olunması işinə mühüm töhfə verəcəyinibildiriblər.

Sonda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasıistiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyivurğulanıb.

“Reklamların
“Reklamların
“Reklamların
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
az.trend.az

3Mənbələr