AZ

Birinci Liqa: 26-cı turun son 2 matçının hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 26-cı turun bu gün keçiriləcək 2 oyunu üçün təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən “Qaradağ Lökbatan” – “Şamaxı” matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək. “Araz Saatlı” – “İmişli” qarşılaşmasında isə Əli Əliyev iş başında olacaq.

Birinci Liqa
26-cı tur
16 may

“Qaradağ Lökbatan” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Lökbatan OİK stadionu, 17:00.

“Araz Saatlı” – “İmişli”
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Aydın Baxşıyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Saatlı OİK stadionu, 17:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
arena.az

1Mənbələr