AZ

Ukrayna: “Rusiyanın Xarkovdakı irəliləyişi dayandırıldı”

Ukraynadan  Rusiya ordusunun Xarkov şəhərində irəliləyişləri ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, Ukrayna ordusu mayın 10-da Moskva qoşunlarının yeni hücuma başladığı Xarkov şəhərinin bəzi bölgələrində “Rusiyanın irəliləyişini dayandırdığını” bildirib.

Ordunun bəyanatında, “Xarkov vilayətində vəziyyət mürəkkəb olaraq qalır, lakin dinamik inkişaf edir. Müdafiə qüvvələrimiz vəziyyəti qismən stabilləşdirib. Düşmənin müəyyən rayon və yerlərdə irəliləməsi dayandırılıb”.

Rusiya qüvvələri "həmişə yeni irəliləyişlər üçün şərait yaratmağa çalışır" deyən ordu sözçüsü əlavə edib ki, Kiyev qoşunları "vəziyyəti sabitləşdirməyə, zərər vurmağa və düşmənin mövqe qazanmasının qarşısını almağa çalışır".

Qeyd edək ki, Rusiyanın iki cəbhədə irəliləməsi ciddi sursat və canlı qüvvə çatışmazlığı yaradır ki, bu da Ukrayna ordusunu şikəst edir. Rusiyaya Ukrayna ərazisini aşındırmağa imkan verir.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
307
50
news24.az

10Mənbələr