AZ

Azərbaycan həndbol millisi Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Azərbaycan

Bakı, 16 may, AZƏRTAC

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Açıq Çempionatında ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, yığma yerli OKMK klubu ilə üz-üzə gəlib. Görüş millimizin 30:28 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda mübarizə aparan Azərbaycan yığması növbəti matçlarda Qazaxıstanın “Almata Region” və Özbəkistanın ROPSTTM kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, 9 komandanın mübarizə apardığı turnir mayın 21-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
azertag.az

2Mənbələr