AZ

Həyat yoldaşını itirmiş 1 uşaq anaları 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

Həyat yoldaşını itirmiş 1 uşaq anaları 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

Qadınlar və kişilər üçün pensiya yaşının hesablanması ölkələr və qanunlara görə dəyişir. Azərbaycanda pensiya məsələsi öz həllini tapmayan aktual məsələlərdən biridir. Bu gün ölkəmizdə vətəndaşlar pensiya yaşına çatmadan vəfat edir. Buna rəğmən ölkədə pensiyanın yaşının artırılması lə bağlı təkliflər səsləndirilir. Bu yaxınlarda kişilərin 40 faizinin pensiya yaşına çatmadan vəfat etdiyinə dair bir statistika gündəmə gətirildi. Sözügedən faiz dərəcəsi həqiqətən dəhşətlidir. Bu gün həyat yoldaşını itirmiş bir çox qadının sosial vəziyyətində problemlər mövcüddür. Hələ ki, bir qızı olan analar övladı evləndikdən sonra tək qalır. Maddi cəhətdən problemlər ilə qarşılaşır. Azərbaycanda bu qəbildən olan qadınlarımız 51 yaşında pensiyaya çıxa bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, Ailədə qadın öz həyat yoldaşını itirirsə, bir övladı varsa və bu oğlandırsa, onun təminatı təmin olunmuş hesab olunur:

"Belə ki, o işləyəcək və anasını yaşadacaq. Amma ananın qız övladı varsa, ailə quran zaman başqa bir evə köçürsə, ana ilə maddi əlaqələri kəsilmiş olur. Qız övladının ana ilə mənəvi nöqteyi-nəzərdən heç vaxt əlaqələri kəsilmir. Lakin, qız elə bir oğlan ilə ailə həyatı qurmuş ola bilər ki, onların özünün sosial vəziyyətinin yaxşı olmamaq ehtimalı var. Qız övladının təhsili olmayıb, işləməz və ana olduğu üçün öz uşaqlarına baxması kimi səbəblər var. Bu səbəblər ilə bağlı anasına heç bir yardım göstərə bilər. Belə olan təqdirdə Azərbaycanda bu cür anaların gələcəkdə necə yaşaması ilə bağlı məsələnin qaldırılması təqdirəlayiqdir. Belə ki, oğlan övladı işləyəcək və anasını yaşadacaq. Amma ananın qız övladı varsa, ailə quran zaman başqa bir evə köçürsə, ana ilə maddi əlaqələri kəsilmiş olur. Qız övladının ana ilə mənəvi nöqteyi-nəzərdən heç vaxt əlaqələri kəsilmir. Lakin, qız elə bir oğlan ilə ailə həyatı qurmuş ola bilər ki, onların özünün sosial vəziyyətinin yaxşı olmamaq ehtimalı var. Qız övladının təhsili olmayıb, işləməz və ana olduğu üçün öz uşaqlarına baxması kimi səbəblər var. Bu səbəblər ilə bağlı anasına heç bir yardım göstərə bilər. Belə olan təqdirdə Azərbaycanda bu cür anaların gələcəkdə necə yaşaması ilə bağlı məsələnin qaldırılması təqdirəlayiqdir".

Sosioloq bildirib ki, Azərbaycanda ailə dəyərlərimiz var. Ailə üzvlərinin hər birinin gələcək təminatı bizim ailə dəyərlərimizdə öz əksini tapıb:

"Bu nöqteyi-nəzərdən ümidvarıq ki, gələcəkdə Milli Məclisdə bu məsələ müzakirə olunar. Bu qadınların 51 yaş və ondan daha erkən pensiyaya çıxması məsələsi öz həllini tapmalıdır. Ümumi götürəndə Azərbaycanda pensiya təminatı məsələlərində çox böyük boşluqlar var. Nəinki bu qəbildən olan qadınlarımızın, bütövlükdə xanımlarımızın pensiya məsələsinə diqqətlə yanaşılmalıdır. Çünki qadınlar kişilər ilə bərabər 63 yaş və 6 ay uzatmaq şərtilə, 65 yaşa qədər pensiya yaşına doğru gedirlər. Bu heç də yaxşı hal deyil. Qadınlar zərif bir varlıqdır. Onun kişilər ilə bir yaşda pensiyaya çıxması heç də doğru deyil. Ümidvarıq ki, bu məsələlərin öz həllini tapacaqdır".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
sonxeber.az

1Mənbələr