AZ

Azərbaycanda ixrac kəskin azaldı – Son rəqəmlər


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 13 milyard 633,4 milyon dollar olub. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 23,8% və ya 4 milyard 249,3 milyon dollar azalıb. 
İdxal əməliyyatları üzrə 5 milyard 464,8 milyon dollar dəyərində ticarət həcmi qeydə alınıb.Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk 4 ayında idxal 3,2% və ya 166,9 milyon dollar artıb. 
İxrac əməliyyatlarında isə ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% və ya 4 milyard 416,2 milyon dollar dəyərində azalma olub. Belə ki, bu ilin ilk 4 ayında xarici ölklərə 8 milyard 168,6 milyon dollarlıq məhsul ixrac olunub.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
yeniavaz.com

3Mənbələr