AZ

Rusiyanın iki “MİQ-31”-i məhv edilib

Krımdakı Belbek aerodromuna mayın 15-nə keçən gecə endirilən zərbələr nəticəsində Rusiyanın iki “MİQ-31” hərbi təyyarəsi məhv edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “ASTRA” “telegram” kanalı məlumat yayıb.

Xəbərdə deyilir ki, yarımadaya raket hücumu nəticəsində yanacaq-sürtkü materialları anbarı da vurulub. Nəticədə iki Rusiya hərbçisinin öldüyü, 13 nəfərin yaralandığı bildirilir. Bundan əlavə, Rusiyanın uzun və orta mənzilli zenit-raket kompleksi olan “S-400”-ün də məhv edildiyi güman olunur. Hələlik Ukrayna tərəfi hücumla bağlı rəsmi məlumat yaymır. Rusiya Müdafiə Nazirliyi yarımada üzərində “10 ATACMS raketini vurduğunu” iddia edib.

“Forbes” nəşri də Krıma hücumun “ATACMS” raketləri ilə həyata keçirilə biləcəyini yazıb. Qeyd olunur ki, Rusiyanın MİQ-31 və “Su-27” təyyarələri hücuma məruz qalıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
azpolitika.info

1Mənbələr