AZ

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis müavini təyin edilib.

BAKU.NEWS bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, qeyd olunan idarənin rəis müavini vəzifəsi Əhmədov Rövşən Şirindil oğluna həvalə edilib.

Qeyd edək ki, R.Əhmədovdan əvvəl sözügedən idarənin rəis müavini rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli idi. Ş.Şəmşirli bu yaxınlarda öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
20
baku.news

10Mənbələr