AZ

“ÇinABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır“- Politoloq

 “Amerikanın səsi”nin yaydığı məlumata görə, Bayden Çinə qarşı daha bir addım atıb. ABŞ Çinlə əlaqəli “MineOne” kriptovalyuta şirkətinin Amerika hərbi bazasının yanında qurduğu Bitcoin mədənini bağlayıb.

"Vaşinqton bu qərarını belə əsaslandırıb ki, Çinə bağlı mədən hərbi bazaya yaxın olduğu üçün ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Həmin hərbi bazada nüvə başlıqlı qitələrarası raketlər saxlanılır. Vaşinqton şübhələnib ki, Çin mədən vasitəsilə yaxınlıqdakı hərbi bazadan məlumatlar əldə edə bilər. Mədənin hərbi bazadan uzaqlığı cəmi 1.6 kilometrdir. Çin həmin mədəni 2022-ci ildə əldə edərək kriptovalyuta çalışmalarına başlayıb. ABŞ prezidentinin göstərişinə görə, şirkətə avadanlıqlarını mədəndən çıxarmaq üçün 90 gün veriləcək".

News365.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

"Vaşinqtonun mədənlə bağlı qərarının qəbuluna məşhur “Microsoft” şirkətinin təsiri olub. “New York Times”ın nəşrinin yazdığına görə, “Microsoft” Vaşinqtonu xəbərdar edib ki, “MineOne” şirkətinin mədəndəki fəaliyyəti ABŞ-a təhlükə yaradır. Bundan sonra mədənin kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilə biləcəyi qənaətinə gəlinilib".

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
news365.az

1Mənbələr