AZ

Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - VİDEO

Bəzi sürücülər avtomobillərini parklanma ərazilərində saxladıqda xoşagəlməz hallarla qarşılaşırlar. Sürücülər maşına ciddi ziyan dəymədiyi halda bu zərəri özləri qarşılamalı olurlar. Bəs parkalnma vəziyyətində olan avtomobil yol qəzası qurbanı olarsa bu zaman dəymiş ziyanı kim ödəyir? Burada parkalnma məntəqəsindəki subyektlərin məsuliyyəti nədən ibarətdir?

BAKU.WS xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov açıq məkanlardakı parklanmalarda avtomobilin təhlükəsizliyi ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmadığını deyib. O bu barədə "Günə doğru" verilişinə açıqlamasında bildirib:

"Yolların, prospektlərin kənarlarındakı parklanmalarda avtomobilin təhlükəsizliyi ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmur. Parkalnamaya görə ödəniş edilibsə də bun həmin ərazidən istifadəyə görə verilir. Avtomobilin mühafizəsinə yaxud da nəzarətinə görə verilimir. Bu denyanın hər yerində belədir. Belə parkalnma yerlərini təşkil edənlər maşının təhlükəsizliyinə görə heç bir məsuliyyət daşımırlar.

Ekspert qeyd edib ki, qapalı avtodayanacaqlardakı parkinqlərdə isə əksinədir. Həmin ərazilərdə parklanma sahibləri avtomobilə dəyən ziyana görə məsuliyyət daışıyırlar. 

Ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
baku.ws

2Mənbələr