AZ

MİT hücum etməyə hazırlaşan 2 terrorçunu zərərsizləşdirdi

MİT İraqın Hakurk bölgəsində keçirdiyi əməliyyatla baza bölgələrinə hücum etməyə hazırlaşan PKK/KCK terrorçuları Ahmet Bayar və Əhməd İbrahim Əl Əhmədi zərərsizləşdirib.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT terror təşkilatı PKK/KCK üzvləri “Tufan Koçer” kod adlı Əhməd Bayar və “Mervan Zerevan” kod adlı Əhməd İbrahim Əl Əhmədin Türkiyə Silahlı Qüvvələrinin bazasına sızmaq üçün təlimat aldığını müəyyən edib.

Bunun üzərinə İraqın Hakurk bölgəsində həyata keçirilən əməliyyat nəticəsində aksiyaya hazırlaşan terrorçular Bayar və Əl Əhməd zərərsizləşdirilib.

“Tufan Koçer” kod adlı terrorçu 2012-ci ildə terror təşkilatı PKK-ya qoşulub, keçmişdə Suriyada fəaliyyət göstərib və təşkilatın yüksək səviyyəli üzvlərinin mühafizəçisi olub və “Mervan Zerevan” kod adlı suriyalı terrorçu El Əhməd , 2014-cü ildə terror təşkilatı PKK-ya qoşulub. Onun Qəndildə sui-qəsd təlimi aldığı öyrənilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
turkustan.az

1Mənbələr