AZ

Bu hal dolları UCUZLAŞDIRIR

ABŞ-də aprel ayında inflyasiya sürətinin bir qədər zəifləməsi dolların məzənnəsinə və qızılın qiymətinə təsir edib. 


Sfera.az xəbər verir ki, dünyada ən böyük iqtisadiyyata sahib olan ölkədə aylıq inflyasiya 0,3 faiz, illik inflyasiya 3,4 faiz təşkil edib. Bir ay əvvəlki göstəricilərlərlə müqayisədə inflyasiya sürətində zəifləmə qeydə alınıb. Martda aylıq inflyasiya 0,4 faiz, illik inflyasiya 3,5 faiz olub. 


ABŞ-də inflyasiya tempinin aşağı düşməsi dolların ucuzlaşması, qızılın isə bahalaşması ilə nəticələnib. Dolların ucuzlaşması avro ilə məzənnədə də müşahidə edilib. Dünən və bu gün avro bir qədər bahalaşaraq 1,09 dollara olub. 


Qızılın bir troya unsiyasının dəyəri isə yenidən 2400 dollar həddinə çatıb. 


Qeyd edək ki, əgər növbəti aylarda da ABŞ-də inflyasiya tempi zəifləyərsə, dollarda ucuzlaşma davam edəcək və bunun nəticəsində qızılla bərabər digər əmtəələrin də qiyməti yüksələcək. 


Vasif


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
sfera.az

1Mənbələr