AZ

İllik infilyasiya aşağıdırsa niyə qiymətlər bahadır?

“Qiymətlər əsasən inflyasiyaya görə deyil, xarici bazarlara görə müəyyənləşir. Gələcəkdə hətta bir sıra məhsulların bahalaşması da gözlənilir”.

Bunu “Operativ Media”ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

İqtisadçının sözlərinə görə, dünya bazarında olan dəyişikliklər daxili bazara 6-9 ay müddətində təsir edir. Bu isə müəyyən müddət sonra bazarlarda qiymətlərin artımı və ya azalmasında özünü göstərir:

“Bundan sonrakı dövr üçün düyü məhsulları və kakao məhsullarında bahalaşma olacaq. Dünya bazarında baş verən bütün dəyişiklikləri biz yerli bazarda da hiss edəcəyik. Duru yağlar keçən il əhəmiyyətli dərəcədə ucuzlaşırdısa, hazırda qiymətlər stabil olaraq qalır”. 

Xalid Kərimli bildirib ki, hazırda bəzi məhsulların bahalaşması, bəzilərinin də ucuzlaşması müşahidə edilir:

“Elan edilmiş rəqəm orta istehlak qiymətlərinə aiddir. Komponentlere baxanda görə bilərik ki, bəzi məhsullar bahalaşıb, bəzi məhsullar isə ucuzlaşıb. Ucuzlaşan məhsulların siyahısı bəllidir. Yumurta 15 faizə yaxın ucuzlaşıb, tərəvəz, duru yağ, un ucuzlaşıb, amma digər komponentler bahalaşıb”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən ən son məlumata görə, cari ilin aprel ayında istehlak qiymətlərinin indeksi 2023-cü ilin aprel ayına nisbətən 0 % təşkil edib.

Bu da 2014-cü ilin dekabrından indiyə qədər qeydə alınan ən aşağı illik inflyasiyadır. Buna baxmayaraq, bəzi sahələrdə bahalaşma müşahidə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
operativmedia.az

1Mənbələr