AZ

“Bayden Çinə qarşı daha bir addım atıb”

“Bayden

“Amerikanın səsi”nin yaydığı məlumata görə, Bayden Çinə qarşı daha bir addım atıb. ABŞ Çinlə əlaqəli “MineOne” kriptovalyuta şirkətinin Amerika hərbi bazasının yanında qurduğu Bitcoin mədənini bağlayıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Vaşinqton bu qərarını belə əsaslandırıb ki, Çinə bağlı mədən hərbi bazaya yaxın olduğu üçün ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır: “Həmin hərbi bazada nüvə başlıqlı qitələrarası raketlər saxlanılır. Vaşinqton şübhələnib ki, Çin mədən vasitəsilə yaxınlıqdakı hərbi bazadan məlumatlar əldə edə bilər. Mədənin hərbi bazadan uzaqlığı cəmi 1.6 kilometrdir. Çin həmin mədəni 2022-ci ildə əldə edərək kriptovalyuta çalışmalarına başlayıb. ABŞ prezidentinin göstərişinə görə, şirkətə avadanlıqlarını mədəndən çıxarmaq üçün 90 gün veriləcək.
Vaşinqtonun mədənlə bağlı qərarının qəbuluna məşhur “Microsoft” şirkətinin təsiri olub. “New York Times”ın nəşrinin yazdığına görə, “Microsoft” Vaşinqtonu xəbərdar edib ki, “MineOne” şirkətinin mədəndəki fəaliyyəti ABŞ-a təhlükə yaradır. Bundan sonra mədənin kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilə biləcəyi qənaətinə gəlinilib.
Pekin Vaşinqtonun qərarlarından narazıdır. Çin bir neçə ay əvvəl elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət etmişdi. Pekin Vaşinqtonun ədalətli rəqabətə mane olduğunu bildirmişdi. Halbuki, Vaşinqton və Brüssel öz məhsullarına subsidiyalar ayıran Çini ədalətli rəqabətə mane olmaqda ittiham edir. Baydenin qərarları göstərir ki, Pekin Dünya Ticarət Təşkilatına şikayətindən nəticə əldə etməyib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
xalqcebhesi.az

1Mənbələr