AZ

Almaniyda yanğın: 3 nəfər ölüb

Almaniyanın Düsseldorf şəhərindəki binaların birində baş verən yanğın nəticəsində 3 nəfər həlak olub, 2-si ağır olmaqla 16 nəfər isə zərər çəkib.

"Cebhe.info" xəbər verir ki, Focus Online nəşrinin yaydığı məlumata görə, yanğın yerli vaxtla saat 02:25-də Licht küçəsindəki bir binanın aşağı mərtəbəsindəki köşkdə baş verib.

Bildirilib ki, alova dərhal müdaxilə edildiyi üçün yanğın böyüməyib, sadəcə tüstülənmə baş verib. Hadisə zamanı binada olan sakinlər dərhal təxliyə olunub. Binanın qarşısında saxlanılan avtomobil isə yanaraq yararsız hala düşüb.

Qeyd olunub ki, hadisənin miqyası nəzərə alınaraq, əraziyə 100-ə yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
cebheinfo.az

10Mənbələr