AZ

Yazıçı Anar: "Heç kimdən təklif gözləmirəm"

Yazıçı

Parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər yayıldıqdan sonra bir çox ictimai xadimlər deputat seçkilərinə qatılacaqlarına dair fikirlər səsləndirirlər.

Dünən maraqlı açıqlamalardan biri də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayevdən gəlib.

O, “Parlament seçkilərində namizədliyimi irəli sürmək fikrim yoxdur. Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm” deyib.

Görəsən 81 yaşlı Xalq yazıçısı deputat seçilmək üçün kimdən təklif gözləyir?

Lent.az-ın sualına cavab verən Anar Rzayev bildirib ki, dediklərimin üstündəyəm, amma heç kimdən təklif gözləmirəm.

O, bu məsələ ilə bağlı başqa fikir səsləndirmək istəmədiyini də əlavə eləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
reyting.az

3Mənbələr