AZ

NATO: "Alyans ölkələri Kiyevə kömək etməlidir"

"NATO ölkələrinin öhdəliklərinə ziyan vursa da, Ukrayna Silahlı Qüvvələrinə dəstək verilməlidir".

Bakıvaxtı.az "TASS"a istinadən bildirir ki, bu sözləri NATO Baş Qərargah Rəislərinin Hərbi Komitəsinin iclasında çıxış edən NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer deyib.

Onun sözlərinə görə, Kiyevə dəstək blok üçün birinci yerdədir. 

"Əgər NATO standartlarına riayət etmək və ya Ukraynanı dəstəkləmək arasında seçim etsəniz, Ukraynanı dəstəkləməyi seçməlisiniz", - deyə Bauer vurğulayıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
bakivaxti.az

1Mənbələr