AZ

Rusiyada avtobus insanlarla dolu dayanacağa çırpıldı

Rusiyanın Samara şəhərində avtobus insanların olduğu ictimai nəqliyyatın dayanacağına çırpılıb.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinin hərəkətinə daimi nəzarəti təmin etməməsi olub.

Dövlət Yol Müfəttişliyinin əməkdaşları dərhal hadisə yerinə gəlib, qəza yeri hasarlanıb, nəqliyyat vasitələrinin maneəsiz keçidi təmin edilib, hadisə şahidləri müəyyən edilərək dindirilib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
medianews.az

1Mənbələr