AZ

Bazar rəqəmsal transformasiyaya məruz qalırsa, tənzimləmə alətləri də məruz qalmalıdır - Nurlan Babayev

Bakı. Trend:

Bazarın özü rəqəmsal tranformasiyaya məruz qalırsa, tənzimləməalətləri də məruz qalmalıdır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024”çərçivəsində keçirilən panel iclası zamanı Maliyyə MonitorinqiXidmətinin Nəzarət və hüquq-mühafizə orqanları ilə işdepartamentinin direktoru Nurlan Babayev deyib.

“Bazarın özü rəqəmsal transformasiyaya məruz qalırsa, həmfintekslər, həm ənənəvi bankçılıq, həm də tənzimləmə alətləri dərəqəmsal transformasiyaya məruz qalmalıdır. Biz rəqəmsaltransformasiyada bir addım geridən gəlirik, bu proses paralelgetmir”, - deyə o bildirib.

Onun sözlərinə görə, ödəniş və elektron pul təşkilatları bazardauzun zamandır var.

“Çox maraqdır ki, onların varlığını daha tez məhz cinayətkarlarmüəyyən etdilər və istifadə etməyə başladılar. Bu da təbiidir,çünki tənzimləmə orqanları kollektiv qərarlar verməlidir, qərarlarbir neçə mərhələ keçməlidir. Cinayətkarlar da isə bu problemyoxdur”, - deyə Babayev bildirib.

Nurlan Babayev qeyd edib ki, istənilən məhsul bazara təqdimedilməzdən öncə onun riskləri ölçülməlidir.

“Bütün proseslər təhlil edilməlidir, risklər ölçülməlidir ki,sonra məhsulla sui-istifadə halları olmasın”, - deyə obildirib.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank vəMaliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex vəTəhlükəsizlik” adlı “Fintex Summit 2024” keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
az.trend.az

1Mənbələr