AZ

10 gündür öz sərhədçilərimiz keşik çəkir - Paşinyan

Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, bu  alqoritmlə davam etdirməyə meyllidir.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll edilməlidir:

“Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”, - deyə baş nazir fikrini yekunlaşdırıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
4
yenisabah.az

5Mənbələr