AZ

Seçkilərə kimi prezident Zurabaşvili qanunu imzalamayacaq

Gürcüstanda qalmaqallı xarici agentlər haqqında qanun qəbul edildi. Prezident xanım S. Zurabaşvili qanuna veto qoyacağını elan edib. Bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləridir.

Seçkilərə kimi prezident qanunu imzalamayacaq. Bu qanunun qəbulu Gürcüstan hakimiyyəti ilə Qərb arasında siyasi böhrana yol açıb.

Bu qanunun qəbulunda israrlı görünən hökumət növbəti parlament seçkilərində müxtəlif yollarla da olsun hakimiyyəti qoruyub saxlayacağını hesablayır. Əgər, seçkilərdə Gürcü Arzusu partiyası hakimiyyətdə növbəti dəfə qalarsa, Qərblə münasibətlər kəsiləcək. Gürcüstana sanksiyalar tətbiq ediləcək. Gürcüstanda siyasi böhran bundan sonra yeni mərhələyə keçəcək. Ölkədə siyasi sabitliyin təmin olunması seçkilərdən aslı olacaq.

Məhəmməd Əsədullazadə

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
visiontv.az

1Mənbələr