AZ

Deputat Türkiyədəki son durumdan danışdı: “Məsələ ciddidir”

Ötən gün Prezident Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas keçirib.

Daha əvvəl Ankara Təhlükəsizlik Müdirliyindən bir neçə əməkdaş işdən çıxarılıb. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. 

Türkiyədə "düyməyə kim basıb?" Bu cəhdi kimin və ya kimlərin ayağına yazmaq olar? 

Deputat Fazil Mustafa "Cebhe.info"-ya açıqlamasında bildirib ki, verilən açıqlamalar məsələnin ciddiliyindən xəbər verir:

"Açığı, bu məsələ barəsində hələlik nəsə söyləmək çətindir. Çünki proseslər olduqca məxfi məzmun daşıyır. Verilən açıqlamalar məsələnin ciddiliyindən xəbər verir. Yəqin ki, araşdırma başa çatandan sonra məsələ ilə bağlı geniş, ətraflı məlumat veriləcək. Həqiqətən də belə bir planın olub-olmadığı üzə çıxacaq. Hər halda bizim istəyimiz odur ki, Türkiyə sabit bir ölkə olsun, orada ümumiyyətlə, hərbi çevirilişlərə yer olmasın. Bu, hamımızın arzusudur. Ümid edək ki, belə də olacaq. Türkiyə sabit, güclü dövlət, həm də qardaş ölkə kimi öz varlığını sürdürəcək". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
cebheinfo.az

1Mənbələr