AZ

“Outlet Garage Günləri”ndə 500 minə yaxın ziyarətçi qeydə alınıb - Fotolar

Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın (KOBİA) dəstəyi və Azərbaycan Beynəlxalq Bankının (ABB) baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan Alış-Veriş Festifalı”nın (Azerbaijan Shopping Festival) uğurla başa çatdığını elan edir. 

Azərbaycanda Alış-Veriş Festivalının keçirilməsi AFRA-nın prioritet fəaliyyət istiqamətlərindəndir. Belə ki, “Azərbaycan Alış-Veriş Festifalı”nın tərkib hissəsi olan ilk “Outlet Garage Günləri” 1-14 aprel 2023 il tarixlərində, ikinci “Outlet Garage Günləri” isə 27 oktyabr – 9 noyabr 2023-cü tarixlərində paytaxt Bakıda keçirilib.  

Həm sahibkarlar, həm də alıcılar tərəfindən yüksək qiymətləndirilən “Outlet Garage Günləri”nin regionlarda keçirilməsi, AFRA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin Fəaliyyət Planının müzakirəsi zamanı İdarə Heyətinin üzvləri tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, 2024-cü ildə ilk “Outlet Garage Günləri” 12-21 aprel tarixlərində Bakı şəhərində, 26 aprel - 2 may tarixlərində Gəncədə və 8-12 may tarixlərində isə Lənkəran şəhərində baş tutub.

Azərbaycanda pərakəndə geyim satışının təşviqi, sahibkarlığa dəstək və istehlakçılar üçün keyfiyyətli məhsulların əlçatanlığını təmin etmək məqsədilə həyata keçirilən Festival yerli sakinlər və ziyarətçilər üçün maraqlı və təmtəraqlı hadisəyə çevrildi.

“Outlet Garage Günləri” minlərlə ziyarətçini cəlb edərək inanılmaz uğur qazandı. Bu günlərdə iştirakçılar 60-dan artıq beynəlxalq brendlərin genişçeşidli məhsullarını əldə  edə bildilər. Hər ziyarətçinin zövqünə uyğun dəbli geyim və aksessuarlardan tutmuş unikal hədiyyələrə qədər məhsullar təqdim edildi. 

Alış-Veriş Festivalı çərçivəsində Baki şəhərində keçirilən “Outlet Garage Günləri”ndə 300 000, Gəncə şəhərində 120 000, Lənkəranda isə 50 000 ziyarətçi sayı qeydə alınıb. Təklif edilən məhsullara 80%-90% endirimlər təqdim edilməklə hər alıcının zövqünə uyğun məhsullar təqdim edildi və alıcılar tərəfindən çox yüksək qiymətləndirildi. 

Festival iştirakçıları müxtəlif məhsullarla yanaşı, ziyarətçi təcrübəsini dərinləşdirmək və onu daha da əyləncəli etmək üçün nəzərdə tutulmuş müxtəlif əyləncə və maarifləndirici fəaliyyətlər təklif etdilər.

Bundan əlavə, sosial məsuliyyət tədbirləri çərçivəsində mayın 3-də “Gənclik Mall”da “Birgə və Sağlam” İctimai Birliyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası və “PAŞA Malls”ın birgə təşkilatçılığı ilə autizmli uşaqlar üçün tədbir keçirilib. Tədbir çərçivəsində autizmli gənclər üçün konsert və əyləncə proqramı təşkil edilib, həmçinin gənclərimiz tərəfindən qonaqlara dəb sərgisi nümayiş olunub, autizmli gənclərdən ibarət “Mavi Ürəklər” Xor və Ritm qrupunun musiqili çıxışları qonaqlara təqdim olunub. “Azərbaycan Alış-Veriş Festifalı” çərçivəsində keçirilən tədbirin məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) üçün mühüm olan tədbirdə fəal iştirak və dəstəyə görə bütün iştirakçılara, ziyarətçilərə və tərəfdaşlara təşəkkür edirik. Əminik ki, bu festival unudulmaz təəssürat yaratdı və hər kəsi yeni alış-veriş bayramına ruhlandırdı.  

Sizi oktyabr ayında keçiriləcək növbəti “Outlet Garage Günləri”nə dəvət edirik.







Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
qafqazinfo.az

1Mənbələr