AZ

“Ana yaxşı oğul böyütsə, oğul başqa qadını əzməz“- Damla

"Ana yaxşı oğul böyütsə, oğul başqa qadını əzməz".

News365.az xəbər verir ki, bu sözləri məşhur müğənni Damla deyib. 

"Bir ana yaxşı bir oğul yetişdirsə, yaxşı oğul böyütsə o oğul heç vaxt başqa bir qadını əzməz, başqa bir qadını incitməz və başqa qadının həyatı, xəyalları ilə oynamaz. Mən hər zaman oğluma bunu aşılayıram ki, oğlum heç vaxt qadınlara obyekt kimi, əşya kimi yanaşma. Yəni düşünmə ki, "əşi qadındı"yox, insan kimi yanaş. Düşün ki, mənim anam da qadındır, sənin bacın da ola bilərdi, əmin qızları var, bibin qızları var. Bir müqəddəs sehir kimi yanaş, onları incitmə, aldatma, ümid vermə, yalan danışma"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
news365.az

1Mənbələr