AZ

Türkiyədə fəhlələr arasında kütləvi zəhərlənmə olub

Türkiyənin Adıyaman şəhərində kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adıyamanın Gölbaşı adlı ərazisində tikintidə çalışan 120 fəhlənin yemək yedikdən sonra pisləşib.

Hadisə yerinə çoxlu sayda həkim briqadası göndərilib.

Fəhlələr ilkin tibbi yardım göstərildikdən Gölbaşı Dövlət Xəstəxanasına aparılıb.

Onların yedikləri yeməkdən zəhərlənərək xəstələndikləri müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
e-huquq.az

1Mənbələr