AZ

Paşinyan eskalasiya qorxusuna görə delimitasiyaya razı olubmuş

Tavuşda Azərbaycanla sərhədlərin müəyyən edilməsi 1976-cı il xəritələri olan və yeganə qanuni qüvvəyə malik Sovet xəritələrinə əsasən aparılır.

News365.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu xəritələr 1979-cu ildə xidmətdə də istifadə olunub.

İrəvan rəhbəri onu da bəyan edib ki, əgər Ermənistan delimitasiya prosesində başqa məntiqi rəhbər tutsa və sovet xəritələrində göstərilən məntiqdən kənara çıxsaydı, bu, bölgədə daimi eskalasiya mənbəyi yaradardı.

"Bizim üçün prinsipial olan o idi ki, ölkələrimiz arasında yeni sərhəd yaradılmasın. Sərhədlər ancaq Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş xətlər üzrə bərpa edilsin. İndi bizim xəritələrlə əlaqəmiz var və bunlar SSRİ-nin hüquqi qüvvəyə malik olan son xəritələridir”, - o qeyd edib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
news365.az

1Mənbələr