AZ

Fiziki məhdudiyyəti olan uşağı bir həftə evdə tək qoyub, özü isə…

Moskvada ana serebral iflic olan uşağını bir həftəyə yaxın mənzildə tək qoyub.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, oğlanın cəmi 12 yaşı var.

O, xəstəliyi səbəbindən özünə baxa bilməyib deyə yemək yeməyib. Uşağın nənəsi, onunla və qızı ilə əlaqə saxlaya bilmədiyi üçün narahat olmağa başlayıb. Bundan sonra uşağın əmisi mənzilə gəlib və onu yarı huşunu itirmiş vəziyyətdə tapıb.

Məlumata görə, uşaq hazırda reanimasiyadadır.

Qeyd edək ki, 40 yaşlı qadın mayın 9-da evi tərk edib. O, şəhərin başqa bir yerində, bir dostunu ziyarət edərkən tapılıb. Qadın polis bölməsinə aparılıb, dindirilib və sərbəst buraxılıb. İndi o, oğlu ilə birlikdə xəstəxanadadır.

Onun barəsində cinayət işi başlanıb.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
medianews.az

1Mənbələr