AZ

Möhtəşəm HUAWEI MATEBOOK D16 - FOTO

Sürətlə inkişaf edən texnologiyalar dünyasında HUAWEI innovativ məhsullarla bizi təəccübləndirməyə davam edir. Buna misal olaraq MateBook seriyasına yeni əlavə olunan HUAWEI MateBook D16 notbukunu qeyd edə bilərik. Bu model mükəmməl dizayn, yüksək performans və zəngin funksiyalara malikdir.

Ekran

HUAWEI MateBook D16-nın xüsusiyətlərindən onun 16 düym ölçülü çərçivəsiz HUAWEI FullView ekranıdır. Yüksək parlaqlığı və kontrastlığı, eləcə də geniş baxış bucaqları sayəsində, bu ekran istənilən işıqlandırma şəraitində parlaq və aydın görüntülərin ləzzətini çıxarmağa imkan verir. İstər film izləmək, istər fotoşəkilləri redaktə etmək, istərsə də sənədlərlə işləmək olsun, hər bir pikselindən zövq alacaqsınız. HUAWEI-in ən yeni mühəndis həlləri sayəsində digər istehsalçıların adətən 15,6 düym ölçülü ekran yerləşdirə bildiyi korpusa böyük 16 düym ölçülü ekranı yerləşdirməyi bacarıb. Bundan başqa, ekranın 1920x1200 (16:10) olması, adi 1920x1080 (16:9) ekranlara nisbətən piksel sayını 11,1% artırır.

Ekran modelini hazırlayarkən istehsalçı hər kəsi düşünüb: bir tərəfdən, ekran geniş sRGB 100% rəng örtüyünü dəstəkləyir, digər tərəfdən isə gözlərin qorunması funksiyaları ilə təchiz olunmuşdur ki, bu funksiyaların effektivliyi TÜV Rheinland tərəfindən verilən mavi işıqdan qorunma sertifikatı ilə təsdiqlənmişdir.

Beyin

Yeni Intel® Core™ i9 13-cü nəsil prosessor hesablama texnologiyaları üzrə mühəndis fikrinin zirvəsidir. Bu model: prosessoru 14 nüvə və 20 məlumat keçiriciliyinə malik olmaqla, özünün ən yüksək konfiqurasiyasında təqdim olunur. Multimedia layihələrindən elmi hesablamalara qədər, məsələn, məlumatların analizi, texniki cizgi və kod kompilyasiyası kimi əməliyyatları yerinə yetirməyə kömək edir.

MateBook D16 notbuku Intel® Iris® Xe inteqrasiya olunmuş qrafik prosessoru və LPDDR4x RAM iki kanallı operativ yaddaş istifadə edir. Bu da öz növbəsində istər qrafik işlərin görülməsi olsun, istərsədə kompüter oyunları oynayarkən yüksək performans nümayiş etdirir.

Yaddaş

Bütün HUAWEI MateBook D seriyalı noutbuklar yüksək sürətli NVMe PCIe SSD yaddaş qurğusu ilə təchiz olunurlar ki, bu da, kompüter proqramları və oyunların yüklənməsini xeyli sürətləndirir və tələb olunan işləri daha rahat və sürətli görməyə imkan yaradır.

Kommunikasiya

MateBook D 16 müxtəlif portlar və konnektorlarla təchiz edilmişdir, daxilində USB-C, USB-A, HDMI və audio çıxış portları var, bu da periferiya cihazlarla maksimum uyğunluğu və xarici cihazları qoşma rahatlığını təmin edir.

Zaman

Noutbukun böyük tutumlu batareyası (70 Vt*saatə qədər) uzun müddətli avtonom işləməni təmin edir, enerji sərfiyyatının optimallaşdırılması və yüksək tutum sayəsində, gün boyu daimi şarj olmadan noutbukdan istifadə etməyə imkan verir.

Dözümlülük

Yuxarıda təsvir edilənlərdən sonra istər-istəməz bu cür yüksək performanslı maşının necə soyudulduğu sualı yaranır. Burada tətbiq olunan, Shark Fin soyuducu sistemi istilik yayımını effektiv idarə etmək və noutbuku uzun müddət ərzində optimal performansda saxlamaq üçün hazırlanmışdır. Köpək balığı üzgəci formasında havalandırma deliklerinin dizaynı, soyutma sistemi vasitəsilə optimallaşdırılmış hava axını yaradır, bu da komponentlərin səthi boyunca soyuq havanın bərabər paylanmasını və noutbuk korpusundan isti havanın effektiv çıxarılmasını təmin edir. Eyni zamanda, Shark Fin həmçinin istilik ötürücü elementlərinə malikdir ki, bunlar komponentlərdən ayrılan istiliyi soyutma radiatorlarına effektiv şəkildə ötürür, soyutma prosesini sürətləndirir və həddindən artıq qızmanın qarşısını alır.

Sükut

Səs izolyasiyası da nəzərə alınmışdır. Shark Fin elə dizayn edilmişdir ki, sessiz işləməni təmin etsin, iş zamanı səs səviyyəsini minimuma endirsin ki, bu da onu istənilən mühitdə istifadə etmək üçün ideal edir.

Beləliklə, HUAWEI MateBook D16 - gücü, performansı, rahatlığı və etibarlılığı dəyərləndirən peşəkar istifadəçilər üçün, innovativ həll yolu olaraq qarşımıza çıxır. Bütün bu xüsusiyyətləri ilə HUAWEI MateBook D16 gündəlik həyatınızda etibarlı yoldaşınız olacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
milli.az

1Mənbələr