AZ

Qlobal istiləşməyə səbəb olan qaz emissiyaları 2030-cu ilədək 43 faiz azaldılmalıdır - Kanako Mabuçi

Bakı. Trend:

Qlobal istiləşməyə səbəb olan qaz emissiyaları 2019-cu ildəkisəviyyə ilə müqayisədə 2030-cu ilədək 43 faiz azaldılmalıdır.

Trend xəbərverir ki, bu barədə BMT-nin Azərbaycandakı RezidentƏlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi ADAUniversitetində keçirilən İqlim-Su Zirvəsində deyib.

"Yaxın bir neçə il ərzində qlobal temperaturun 1,5 dərəcəyədəkartmasını məhdudlaşdıra və bu səviyyədə saxlaya bilib-bilməcəyimizbir çox baxımdan müəyyən olunacaq", - deyə o bildirib.

BMT nümayəndəsi qeyd edib ki, qaz emissiyaları 2025-ci ilədəkartıq pik həddə çatacaq.

"Dubayda keçirilən COP28 konfransında qəbul edilən konsensusbütün ölkələri qazıntı yanacağından imtina etməyə və sıfırsəviyyəyə salmağa, eləcə də, bütün iqtisadiyyat üçün milli hədəftöhfələri təqdim etməyə çağırır", - deyə Kanako Mabuçi əlavəedib.

Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsikeçirilib.

Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar vəözəl sektordan ekspertləri iştirak ediblər.

Çıxış edənlər arasında Ekologiya və Təbii SərvətlərNazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və KəndTəsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı RezidentƏlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 AzərbaycanƏməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru,Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və "Aqualink"şirkətinin baş direktoru olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
az.trend.az

1Mənbələr