AZ

"Qüds" qüvvələrinin komandiri Avropa ölkələrini təhdid etdi

Bütün cinayətkarlar bilməlidirlər ki, onların əməlləri və cinayətləri yadda saxlanılıb. Elə bilməyin ki, o gecə Fransa, Almaniya, İngiltərə təyyarələri gətirdilər və məsələ bitdi getdi. Bəli, o gecə bitdi, ancaq onların hesabı öz yerindədir.

Bu sözləri SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani İranın aprelin 13-dən 14-ə keçən gecə İsrailə PUA və raketlərlə hücum etdiyi gün adı çəkilən ölkələrin İsrailə hücumu zərərsizləşdirməkdə rol oynadıqlarını iddia edib.

O, İranın proksi qüvvələrinin hərəkətlərini təqdir edib və onların ABŞ və İsraili çətin vəziyyətə saldıqlarını iddia edib.

"Sionist rejim, Amerika və bütün Qərb müqavimət cəbhəsinə (İranın bölgədəki proksi qüvvələri-red) qarşı durmaqdan acizdirlər. Bu, şüar deyil və praktikada sübut olunub və özləri də bunu etiraf edirlər",- Qaani bildirib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
1
visiontv.az

2Mənbələr