AZ

İzmirdə 56 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 56 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilirib ki, İzmirin Urla sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Komandalar dayanmış rezin qayıqda biri uşaq olmaqla 37 qeyri-qanuni miqrantı yaxalayıb.

Çeşmə adlı ərazidə isə qruplar tərəfindən 10-u uşaq olmaqla 19 qanunsuz miqrant quruda yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
e-huquq.az

1Mənbələr