AZ

EBRD USAİD-lə Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB-EBRD) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cənubi Qafqaz vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) inkişaf etdirmək üçün Anlaşma Memorandumu imzalayıblar.

Anlaşma Memorandumu AYİB-in Ermənistanda keçirilən İllik Toplantısı və Biznes Forumu çərçivəsində AYİB-in Bank işi üzrə vitse-prezidenti Matteo Patrone və USAID-in Avropa və Avrasiya Bürosunda Administrator köməkçisi Erin Elizabeth McKee tərəfindən imzalanıb.

Qeyd edilib ki, tərəfdaşlıq Azərbaycan, Gürcüstan və Ermənistanda ticarətin, yaşıl enerjinin, yeni sənaye sahələrinə investisiyanın, həmçinin nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə diqqət yetirəcək. Orta Dəhlizin gücləndirilməsi regionda yeni, transformativ iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya dəhlizlərinə alternativ nəqliyyat marşrutu təqdim edəcək.

Bildirilib ki, memorandum regionda mühüm enerji, nəqliyyat, rəqəmsal və kənd təsərrüfatı infrastrukturunun planlaşdırılması, dizaynı və tikintisini təkmilləşdirməyə çalışır. O, həmçinin gömrük, tarif və sərhəd əməliyyatlarının səmərəliliyini artırmaq, Orta Dəhlizin inkişafı üçün Cənubi Qafqaz iqtisadiyyatlarına özəl kapital investisiyalarının cəlb edilməsi, Avropa ilə Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqəni inkişaf etdirmək üçün ən yüksək beynəlxalq standartları qəbul etməyi hədəfləyir.

Digər əməkdaşlıq prioritetləri karbonsuz enerji imkanlarına sərmayələrin genişləndirilməsinə və korrupsiya ilə mübarizə və vətəndaş cəmiyyəti ilə əlaqəni genişləndirmək üçün siyasət və idarəetmə islahatlarının təkmilləşdirilməsinə yönəldilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
banker.az

1Mənbələr