AZ

Regionumuz qlobal qarşıdurmanın yeni mərkəzlərindən birinə çevrilmək üzrədir



"ABŞ ənənəvi siyasi xəttinə sadiq qalaraq rəngli inqilablar həyata keçirir, müxtəlif regionlarda xaotik vəziyyət yaratmaqla öz maraqlarını təmin etməyə çalışır. Təbii ki, Ağ Evin demokratiya adı altında atdığı addımlarından Cənubi Qafqaz da öz nəsibini alır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə götə. regionumuz hazırda qlobal qarşıdurmanın yeni mərkəzlərindən birinə çevrilmək üzrədir:

"Bu məntiqlə Gürcüstan və Ermənistanda daxili gərginliyin artması dünya nəhəngləri arasında gedən amansız mübarizənin təzahürüdür.

Rusiyanın 2008- ci ildə Gürcüstan torpaqlarını işğal etməsi, ardınca ondan daha böyük siyasi - iqtisadi böhrana səbəb olan Rusiya-Ukrayna müharibəsinin başlaması ABŞ-ın 2000- ci illərdən başlayaraq postsovet məkanında "rəngli inqilablar" a start verməsi ilə yaranan problemlərdir. Hadisələrin inkişaf perspektivindən aslı olaraq 2012-ci ildə Gürcüstanda İvanişvili hökumətinin qurulması Rusiya və Qərb arasında razılaşdırılmış konsensusun nəticəsi idi. Bu, Qərbə periodik bir sakitliyin əldə olunması üçün zəruri idi. Bir müddət sonra Vaşinqtonun liderliyində Qərb tədricən Kremli Cənubi Qafqazdan çıxartmaq istiqamətində addımlar atmağa başladı və bu situasiya tərəflər arasında ortaq məxrəcin pozulmasına gətirib çıxartdı".

AVP rəsmisi deyib ki, regionda baş verən proseslər, Gürcüstan və Ermənistan hadisələri fonunda Azərbaycan Cənubi Qafqazda sabitlik adası xarakteri bağışlayır:

"Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu durmadan artır. Azərbaycan regionun lider dövləti olaraq müstəqil addımlarla beynəlxalq əhəmiyyətli tədbirlər keçirir, qlobal miqyaslı problemlərin həllində öz tövhəsini verir".

Süleyman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
newscenter.az

1Mənbələr