AZ

“Proseslərə kənar müdaxilələr vəziyyəti daha da gərinləşdirir”-Mübariz Göyüşlü

“Proseslərə

“Gürcüstanda və Ermənistanda siyasi durum gərgin olması ilə yanaşı müəyyən diqqətçəkən məqamları da üzə çıxarır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Onun sözlərinə görə, proseslərə kənar müdaxilələr vəziyyəti daha da gərinləşdirir: “Qərb ölkələrinin müdaxiləsi və ikili standart yanaşmaları müşahidə olunur. Çalışırlrar ki, Gürcüstanda durum daha da gərginləşsin, bunun üçün qızışdırıcı addımlar atırlar. Məsələ burasındadır ki, Qərb ölkələri, təşkilatları və siyasiləri Gürcüstandakı etirazlara bir cür, Ermənistandakına isə bir başqa cür baxırlar.
Gürcüstanda gedən proseslərə hətta qərbli siyasətçilər mitinqlərə qatılaraq iştirak edirlər. Burada polis qanun pozan aksiya iştirakçısına qarşı sərt davranış göstərdikdə bu, Qərbdə geniş əks səda doğurur. Gürcüstan hakimiyyəti sərt tənqidlərlə üzləşir.
Lakin Ermənistanda aksiyada iştirakçılar polis zorakılığına məruz qalanda, jurnalistlər döyüləndə, hətta öldürüləndə belə Qərb ölkələri səssiz qalırlar.
Bu Qərbin ikili standart yanaşmasının bariz göztəricisidir. Belə münasibət onların demokratiya istəyində səmimi olmadığını sübut edir. Üstəlik bu cür qərəzli yanaşmalarla Qərbin Cənubi qafqaz ölkələrinə, regiona daixl olmaq səyləri nəticə verməyəcək”.

Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
xalqcebhesi.az

1Mənbələr