AZ

Rusiya və Qərb artq 3 ölkədə “döyüşür”: “Mübarizə açıq müstəviyə keçib”

Cənubi Qafqazda siyasi gərginlik artıb.

Belə ki, Ermənistanda və Gürcüstanda etiraz dalğaları səngimək bilmir. Hesab olunur ki, qonşu dövlətlərdə baş verən siyasi gərginliyi sərhədlərindən kənara çıxarmaq istəyən qüvvələr var. Bu da regionda stabilliyin pozulmasına gətirib çıxara bilər. 

Siyasi şərhçi Emin Babayev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistanda baş verən siyasi gərginlik vaxtilə işğal altında olan ərazilərimizin geri qaytarılması ilə bağlıdır: 

“Paşinyanın bu məsələlərə konstruktiv yanaşması Ermənistanda olan bəzi qüvvələrin marağına uyğun olmadığına görə ölkədə çaxnaşma yaratmağa çalışırlar. Biz qazanan tərəfik. Ona görə də bu prosesin Azərbaycana heç bir mənfi təsiri ola bilməz. Əksinə, ərazi bütövlüyümüzün bərpası onsuz da yüksək reytinqi olan Prezidentimizin nüfuzunu daha da artırıb. O ki qaldı Gürcüstandakı olaylara, orada əhalinin müəyyən hissəsi "Xarici təsirin şəffaflığı haqqında" Qanunun qəbul olunmasından narazıdır. Proseslərin gedişi göstərir ki, Qərblə Rusiya həm Gürcüstanda, həm də Ermənistanda qarşı-qarşıya gəlib. Mübarizə artıq açıq müstəviyə keçib. Kimin qalib gəlməsindən asılı olaraq gələcək vəziyyət müəyyənləşəcək. Rusiyanın Ukraynada son günlər irəliləməsi Qərbi daha da hərəkətə gətirib. Buna görə də həmin ölkələrdə vəziyyətin daha da gərginləşəcəyini gözləmək olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
cebheinfo.az

1Mənbələr