AZ

"Qərb istəyir ki, Gürcüstan Rusiya ilə müharibə aparsın" - Rusiyalı politoloqla ÖZƏL MÜSAHİBƏ - VİDEO

"Düşünürəm ki, bu etirazlar heç bir şeyi dəyişdirməyəcək. Fakt budur ki, hər şeydən əvvəl etirazlar kiçik bir gənc qrup  tərəfindən dəstəklənir. Halbuki əhalinin əksəriyyəti indiki Gürcüstan hökumətinin onlar üçün qurtuluş olduğunu başa düşür. Birincisi, Qərb Gürcüstan hökumətini anti-Rusiya sanksiyalarına qoşulmağa məcbur edəcək və bu, Gürcüstan iqtisadiyyatına fəlakətli zərbə vuracaq. İkincisi, daha dəhşətlisi odur ki, Qərb Gürcüstanı Ukrayna ilə yanaşı, Rusiya ilə müharibənin ikinci cəbhəsini açmağa məcbur etməyə çalışacaq".

Bu barədə rusiyalı politoloq Sergey Aleksandroviç Markov Ednews TV-yə eksklüziv müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, Qərb Gürcüstanın daxili siyasi işlərində fəal iştirak edir. Müxalifət mitinqində Avropa ölkələrinin müxtəlif parlamentlərinin beynəlxalq məsələlər üzrə komitələrinin beş sədrini gördük: bunlar Almaniya, Polşa, Çexiya, Finlandiya və Danimarkadır.

"Gürcüstan hökumətini Rusiya ilə müharibəyə başlamağa məcbur edəcəklər. Gürcüstan əhalisi xarici agentlər haqqında qanunun nüanslarını yaxşı bilmir, amma çox yaxşı başa düşür ki, qərbyönümlü hökumət hakimiyyətə gəlsə, Gürcüstanı böyük ehtimalla dəhşətli fəlakət gözləyir. Əvvəlcə iqtisadi, sonra bəlkə də hərbi fəlakətlər baş verəcək və bunlar nəticədə dövlətçiliyin itirilməsinə gətirib çıxarda bilər. Buna görə əhali mövcud hökuməti tam dəstəkləyir. Bütün bunlar ne ilə sonlanacaq? Düşünürəm ki, hər şey Gürcüstan hökumətinin Qərb tərəfindən çox sərt tənqidi ilə bitəcək, lakin onlar heç bir xüsusi tədbir görməyəcəklər. Çünki, buna baxmayaraq, Gürcüstan hökuməti tamamilə rusiyapərəst deyil, hətta neytral deyil, qərbpərəstdir və sadəcə Rusiya ilə müharibəyə qarışmaq istəmir. Çünki bu, Gürcüstan üçün fəlakətli nəticələrə səbəb ola bilər. İndi də bəyan ediləcək ki, Gürcüstanın Avropa İttifaqına və NATO-ya qəbul edilməsi məsələsi Gürcüstan hökumətinin hərəkətlərinə görə həmişəlik bağlanıb. Lakin son nəticədə Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət məsələsi də yenə də gündəmin bir hissəsidir və Gürcüstanın Avropa İttifaqında real iştirakının mümkünlüyü, əlbəttə ki, hamı tərəfindən daha çox fantastik hesab olunur."

Aşağıdakı videoda müsahibənin təfərrüatları ilə tanış ola bilərsiniz:




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
ednews.net

1Mənbələr