AZ

Çin şirkəti ilə yaşıl enerji sahəsində potensial layihələr müzakirə olunub

“China Energy International Group Co., Ltd." şirkətinin sədri Lü Dzesianq ilə görüşümüzün müzakirə mövzuları geniş və faydalı oldu."

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib:

“Şirkətlə yaşıl enerji sahəsində potensial layihələri müzakirə etdik, Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir mübadiləsi apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə günəş enerjisinin istifadəsi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində oldu. Gələcək əməkdaşlığımızın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə inanırıq.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
5
ikisahil.az

6Mənbələr